Rusiya, Çin və İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranda yoxlamaları bərpa etməsi üçün hərbi əməliyyatların tam dayandırılmasını tələb ediblər.
“RİA Novosti”yə istinadən, bu tələb üç ölkənin BAEA-nın İdarəçilər Şurasının iclasında səsləndirdiyi birgə bəyanatda yer alıb.
Bildirilib ki, yoxlamaların bərpası üçün hücum təhlükəsi aradan qaldırılmalı və hərbi əməliyyatların təkrarlanmayacağına dair etibarlı təminatlar verilməlidir.