Bakı, 19 noyabr, AZƏRTAC Estoniya Parlamenti Rusiya ilə sərhədin bağlanması ilə bağlı qanun layihəsini birinci oxunuşda təsdiqləyib.AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, qanun layihəsini 37 nəfər dəstəkləyib, 2 nəfər əleyhinə səs verib. Daha 36 deputat səs verməyib.Daha əvvəl Estoniyanın Baş naziri Kristen Mixal Rusiya ilə bütün sərhəd keçid məntəqələrinin 1 dekabr tarixindən etibarən bağlanacağını elan etmişdi.