Süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən ABŞ-nin “Anthropic” şirkəti ilkin kütləvi səhm yerləşdirməsi (IPO) üçün bir səhmin qiymətini 83 dollar müəyyənləşdirib.
Bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin hesablamalarına görə, şirkət IPO vasitəsilə ən azı 68 milyard dollar cəlb edə bilər. Səhmlərin özəl yerləşdirilməsi də nəzərə alınarsa, bu məbləğ 94 milyard dolları ötə bilər.
Müqayisə üçün, İlon Maskın “SpaceX” şirkəti iyun ayında əlavə səhm yerləşdirmə opsionu da daxil olmaqla 86,2 milyard dollar cəlb edib.
Qeyd edək ki, “Anthropic” 2021-ci ildə “OpenAI” şirkətinin keçmiş əməkdaşları tərəfindən yaradılıb. Şirkət 2023-cü ilin martında “Claude” adlı ilk çatbotunu təqdim edib.
2026-cı ilin oktyabr ayının sonunda isə “Anthropic” ANT birja simvolu ilə “Nasdaq” fond birjasına çıxmaq üçün sənədlər təqdim edib.