Qonşular danışdı: Bıçaqlanan Gülarə iki saat qan içində köməksiz qalıb

Bakıda 23 yaşlı rəssam Gülarə Mehdiyevanın qətli ilə bağlı yeni detallar məlum olub.

Real TV-yə istinadən, qətli törətməkdə şübhəli bilinən ögey qardaşı Ayxan Mehdiyevin qonşularının iddialarına görə, gənc oğlan cinayəti bir neçə gün əvvəl planlaşdırıb. Onun bacısı ilə əvvəllər də qısqanclıq zəminində mübahisələri olub.

Hadisə zamanı valideynləri evdə olmayıb. Qonşuların sözlərinə görə, Ayxan bacısına hücum etdikdən sonra otağına çəkilərək qapını bağlayıb, ağır yaralanan Gülarə isə təxminən iki saat köməksiz vəziyyətdə qalıb.

Evə gələn ata qızını qan içində taparaq xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.