Bakı, 19 noyabr, AZƏRTAC ABŞ və Venesuela arasında yeni müdafiə və təhlükəsizlik müqaviləsi kəşfiyyat məlumatlarının mübadiləsini əhatə edir. AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset Karakasdakı ABŞ səfirliyində keçirilən imzalanma mərasimində çıxış edərkən bildirib.Pentaqon rəhbəri deyib ki, “Amerika Birləşmiş Ştatları və Venesuela arasında hərbi tərəfdaşlığımızı bərpa edən tarixi bir müqavilənin imzalandığını elan etməkdən məmnunam. Bu, Amerikaya Venesuela hökuməti və silahlı qüvvələri ilə birlikdə təlim keçmək, kəşfiyyat məlumatlarını paylaşmaq və daha çox hərbi texnikadan birlikdə istifadə etmək üçün işləmək imkan verir”.Onun sözlərinə görə, ABŞ Venesuelaya təhlükəsizlik və müdafiə sektorunda dərin islahatlar aparmaqda, o cümlədən ordunu modernləşdirmək məqsədilə kömək etməyə hazırdır.