Fars körfəzində yerləşən və İranın dəniz blokadasında iştirak edən "George Washington" təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi ABŞ aviadaşıyan zərbə qrupu bölgəni tərk edib.
Aviadaşıyan zərbə qrupunun böyük ehtimalla Yaponiyanın Yokosuka hərbi-dəniz bazasındakı daimi dislokasiya yerinə qayıtdığı bildirilir.
"George Washington" təyyarədaşıyan gəmisi avqust ayında Yaxın Şərqə gəlib.
Onun bölgədən çıxmasından sonra "George H.W. Bush" və "Theodore Roosevelt" təyyarədaşıyan gəmilərinin rəhbərlik etdiyi daha iki ABŞ aviadaşıyan zərbə qrupu bölgədə qalacaq.