Tualet kağızı tarixə qovuşur?

Ənənəvi tualet kağızı müasir gigiyena texnologiyaları ilə əvəzlənməyə başlayır. Xüsusilə bide funksiyalı unitaz qapaqları evlərdə getdikcə daha çox istifadə olunur.

Bu cihazlar mövcud unitazlara quraşdırılaraq su vasitəsilə təmizlənmə imkanı yaradır.

Yeni nəsil elektrikli modellərdə isidilən oturacaq, isti hava ilə qurutma, özünü təmizləyən su başlıqları və uzaqdan idarəetmə kimi funksiyalar mövcuddur. Sadə, elektriksiz modellərin qiyməti 30-50 dollar arasında dəyişir, daha təkmil cihazların qiyməti isə bir neçə yüz, ağıllı unitazların qiyməti bir neçə min dollara çata bilər.

Ekspertlərin fikrincə, bu texnologiyaların yayılması tualet kağızına olan tələbatı azalda bilər. Bununla belə, ənənəvi vasitənin tamamilə yox olması gözlənilmir. Gələcəkdə tualet kağızının əsas təmizləmə vasitəsindən daha çox köməkçi vasitəyə çevriləcəyi proqnozlaşdırılır.