Sammit ərəfəsində 100-dən çox robot eyni vaxtda rəqs etdi - FOTO - VİDEO

Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti ərəfəsində 100-dən çox insanabənzər robotun iştirakı ilə şou təşkil olunub.

Robotlar şəhər mərkəzində sinxron şəkildə rəqs edib, kunq-fu hərəkətlərini nümayiş etdiriblər.

Təxminən iki metr hündürlüyündə olan robotlar turistlərin böyük marağına səbəb olub.

Nümayiş zamanı robotlaşdırılmış qol vasitəsilə ziyarətçilərə dondurma da paylanılıb.

Qeyd edək ki, Şençjen ABŞ, Rusiya və Çin liderlərinin iştirak edəcəyi APEC sammitinə ev sahibliyi edir.