Kipr 2027-ci il iyulun 1-dən Şengen zonasına daxil ola bilər.
Bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis açıqlayıb.
Mitsotakisin sözlərinə görə, Afina Kiprin Şengen zonasına qoşulması ilə bağlı qərarın 2027-ci ilin ikinci yarısında Yunanıstanın Avropa İttifaqı Şurasına sədrliyi dövründə qəbul ediləcəyinə ümid edir.