Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüşün vaxtı açıqlanıb

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin arasında ilk üçtərəfli görüşün noyabrın 19-da Bakı vaxtı ilə təxminən saat 10:30-da keçirilməsi planlaşdırılır.

Danışıqlar Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutacaq.

Görüşdə üç ölkənin nümayəndə heyətləri iştirak edəcək. Nümayəndə heyətlərinin tərkibi artıq razılaşdırılıb. Bununla belə, mümkün birgə kommunikenin mətni üzərində iş hələ də davam edir.

Görüşün müddətini dövlət başçıları özləri müəyyən edəcəklər.

Qeyd edək ki, danışıqların Çin liderinin dövlət iqamətgahında keçirilməsi nəzərdə tutulur.