Qətərdə elektrikli skuterlər polis qeydiyyatına alınacaq

Qətərdə elektrik skuterlərinin polis qeydiyyatına alınması məcburi edilib.

Yeni yol hərəkəti qanununa əsasən, elektrik skuterləri və velosipedləri xüsusi reyestrdə qeydiyyatdan keçirilməli, müəyyən edilmiş rüsum ödənilməli və nəqliyyat vasitələrinə dövlət nömrə nişanları quraşdırılmalıdır.

Qanun həmçinin motosiklet və velosiped sürücülərinə sükanı hər iki əllə tutmağı, hərəkətdə olan digər nəqliyyat vasitələrindən yapışmamağı və bir təkər üzərində hərəkət etməməyi tələb edir.