ABŞ Prezidenti Donald Trampın vitse-prezident Cey Di Vensin İrana qarşı hərbi əməliyyatlarla bağlı mövqeyindən narazı olduğu bildirilir.
“The New York Times” qəzetinə istinadən, fikir ayrılıqları Vensin aralıq seçkilərdən sonra İranla münaqişəni Respublikaçılar Partiyasının məğlubiyyət səbəblərindən biri adlandırmasından sonra daha da dərinləşib.
Nəşrin məlumatına görə, Tramp son iki həftədə köməkçilərinə Vensin həm bu açıqlamalarından, həm də İrana qarşı hərbi əməliyyatlara dəstəyini açıq ifadə etməməsindən narazılığını bildirib.
Bunun əksinə olaraq, Tramp dövlət katibi Marko Rubionun fəaliyyətini yüksək qiymətləndirir və onu prezidentliyə güclü namizəd hesab etdiyini söyləyir.
NYT yazır ki, Tramp və Vens arasındakı gərginlik vitse-prezidentin 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmasını çətinləşdirə bilər. Bununla belə, Vens seçkidə iştirakla bağlı hələ yekun qərar verməyib.