Rusiya Prezidenti Vladimir Putin Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin ilk günündə amerikalı milyarder İlon Maskla görüşməyib.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov Putinlə Maskın sammit çərçivəsində təmasda olub-olmadığı, həmçinin “Starlink” və “Rassvet” peyk sistemlərini müzakirə edib-etmədikləri barədə suala qısa cavab verib: “Xeyr. Onu görməyiblər”.
Qeyd edək ki, daha əvvəl Qərb mediası İlon Maskın ABŞ Prezidenti Donald Trampı sammitdə müşayiət edəcəyini yazmışdı.