"Neftçi" Latviya komandası ilə qarşılaşdı

“Neftçi” basketbol komandası FİBA Avropa Kubokunda növbəti qarşılaşmasını keçirib.

H qrupunun VII turunda Latviyanın “Riqa” kollektivi ilə üz-üzə gələn Azərbaycan təmsilçisi 55:96 hesabı ilə uduzub.

Qeyd edək ki, əvvəlki altı görüşdə bir qələbə qazanan “Neftçi” 8 xalla qrupun sonuncu pilləsində qərarlaşıb.