Tatarıstan Respublikasının Naberejnıye Çelnı şəhərində hüquq-mühafizə orqanları yerli məktəblərdən birinin 17 yaşlı şagirdinin ölümünün səbəblərini araşdırır.
Bu barədə Rusiya İstintaq Komitəsinin Tatarıstan Respublikası üzrə İstintaq İdarəsi məlumat yayıb.
Noyabrın 17-də 19 saylı məktəbin otaqlarından birində zorakılıq əlamətləri olmayan yeniyetmənin meyiti aşkarlanıb. “Mash Iptash”ın məlumatına görə, yeniyetmə tualetə gedib və orada huşunu itirib.
Bir müddət sonra sinif yoldaşları onu həyat əlamətləri olmadan tapıblar. Hadisə yerinə oğlanın valideynləri, təcili tibbi yardım briqadası və polis əməkdaşları gəlib.
Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb. Ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi də daxil olmaqla, bir sıra ekspertizalar təyin edilib.