Bakı, 17 noyabr, AZƏRTACNoyabrın 17-də parlamentin payız sessiyasının növbəti plenar iclası keçirilib. AZƏRTAC xəbər verir ki, plenar iclasda 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri davam etdirilib.Müzakirələrdə parlamentin komitə sədrləri Tahir Rzayev, Anar İsgəndərov, komissiya sədri Eldar Quliyev, deputatlar Bəhruz Məhərrəmov, Razi Nurullayev, Elnarə Akimova, Rizvan Nəbiyev, Tural Gəncəliyev, Göydəniz Qəhrəmanov, Tənzilə Rüstəmxanlı, Samir Vəliyev, Sevinc Fətəliyeva, Asif Əsgərov, İlham Məmmədov, FatmaYıldırım, Azər Allahverənov, Tahir Mirkişili, Əli Məsimli, Bəxtiyar Əliyev, Günay Ağamalı və Səyyad Aran çıxış ediblər.Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan mürəkkəb qlobal geosiyasi gərginliklər və təchizat zəncirlərindəki qeyri-müəyyənliklərə baxmayaraq, makroiqtisadi sabitliyini qoruyur, iqtisadi inkişafını davam etdirir və beynəlxalq mövqelərini daha da möhkəmləndirir. Qeyd olunub ki, 2027-ci ilin dövlət büdcəsi layihəsi ölkədə makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, milli təhlükəsizliyin təmin edilməsi və əhalinin sosial rifahının yüksəldilməsi baxımından mühüm maliyyə sənədidir. Dövlət büdcəsi, eyni zamanda, Azərbaycanın müstəqil və suveren siyasət yürütmək imkanlarını əks etdirən mühüm indikator kimi dəyərləndirilib.Müzakirələrin yekununda “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.Sonra parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” (birinci oxunuş) və “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” (birinci oxunuş) qanun layihələri olduğunu bildirib.Hər iki qanun layihəsi barədə məlumat verən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında əhalinin rifahının yüksəldilməsi istiqamətində tədbirlərin genişləndirilməsi ilə bağlı müəyyən etdiyi prioritetlər 2027-ci ilin büdcəsində öz əksini tapıb. Qeyd olunub ki, əmək pensiyalarının orta aylıq məbləğinin 2027-ci ildə 640 manat olacağı proqnozlaşdırılır. Bundan başqa, növbəti ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 281 milyon manat vəsait nəzərdə tutulub. İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev cari ildə əhalinin sosial müdafiəsi sahəsində görülmüş işlərdən danışıb və Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi barədə məlumat verib.Vurğulanıb ki, əhalinin sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər növbəti ildə də davam etdiriləcək. Belə ki, dövlət başçısının tapşırığına uyğun olaraq, əməkhaqqı və sosial ödənişlərin artırılması məqsədilə növbəti – 6-cı sosial islahat paketi ilə bağlı 2027-ci ilin dövlət və icmal büdcəsində müvafiq maliyyə təminatı yaradılıb.Anar Əliyev dövlət büdcəsindən növbəti il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN-nin) fəaliyyət istiqamətləri üzrə ayrılan vəsaitlərin həcmi və strukturu barədə də məlumat verib. DSMF-nin gələn il üçün büdcəsi barədə məlumatında isə nazir qeyd edib ki, fondun 2027-ci il üçün gəlirlərinin 82,3 faizinin məcburi dövlət sosial sığorta daxilolmalarından formalaşacağı proqnozlaşdırılır. Qeyri-büdcə sektoru üzrə proqnoz edilən gəlirlər ümumi sosial sığorta haqlarının 67,5 faizini təşkil edir. Qanun layihələrinin müzakirəsində Milli Məclisin komitə sədrləri Zahid Oruc və Fazil Mustafa, deputatlar Razi Nurullayev, Bəhruz Məhərrəmov, Rövşən Muradov, Ceyhun Məmmədov, Naqif Həmzəyev, Azər Allahverənov, Aydın Hüseynov və Əziz Ələkbərov çıxış ediblər.Müzakirələrin yekununda “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihələri birinci oxunuşda qəbul edilib.Sonra iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib.Komitə sədri diqqətə çatdırıb ki, 2027-ci il üçün yaşayış minimumu ölkə üzrə 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat həddində təsbit edilir. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələ barədə təmsil etdiyi komitənin müsbət rəyini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.Musa Quliyev “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə dair (birinci oxunuş) məlumat verib.Musa Quliyev vurğulayıb ki, qanun layihəsi ölkə Prezidenti İlham Əliyevin sosial siyasətinin əsas prinsipinə — heç bir vətəndaşın diqqətdən kənarda qalmaması prinsipinə xidmət edir və Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi ilə birlikdə vahid sosial zərf təşkil edir. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanun layihəsi barədə bu komitənin müsbət rəy verdiyini bildirdikdən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.Sonra iclasda Mülki Prosessual Məcəllədə, Miqrasiya Məcəlləsində, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, “Pasportlar haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb.Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.Plenar iclasda Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Mülki Məcəllədə, Seçki Məcəlləsində, Rəqabət Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yaşayış minimumu haqqında”, “Sosial müavinətlər haqqında”, “Təhsil haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Ümumi təhsil haqqında”, “Siyasi partiyalar haqqında”, “Diplomatik xidmət haqqında” və “Xüsusi icra məmurları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) təqdim olunub.Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qaya Məmmədov qanun layihəsində təklif olunan dəyişikliklər barədə fikirlərini bildirərək, bu komitələrin məsələ barədə müsbət rəylərini səsləndiriblər.Qanun layihəsi birinci oxunuşda qəbul edilib. Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Yerin təki haqqında", "Tullantılar haqqında", "Heyvanlar aləmi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Tibbi sığorta haqqında", "Avtomobil yolları haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Büdcə sistemi haqqında", "Dövlət borcu haqqında", "Gömrük tarifi haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Hesablama Palatası haqqında", "Dövlət satınalmaları haqqında" və "Balıqçılıq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib.Komitə sədri bildirib ki, layihədə 2027-ci ilin dövlət büdcəsi çərçivəsində bir sıra qanunlara, o cümlədən Vergi Məcəlləsinə dəyişikliklər təklif edilir. Vergi Məcəlləsinə dəyişikliklər iqtisadi fəaliyyətin müxtəlif sahələrini əhatə edir. Komitə sədri layihədə digər qanunlara təklif olunan dəyişikliklər barədə də ətraflı məlumat verib.Müzakirələr zamanı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Əli Məsimli qanun layihəsi barədə fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, müzakirələr sabah davam etdiriləcək. Fotoqraf: Aydın Məmmədov
Bu gün
179 xəbər bu gün
GTA 6 19 noyabrda PS5 və Xbox Series X|S üçün satışa çıxır. Qiyməti, platformalar, çıxış saatı və PC versiyası barədə bilməli olduqlarınız.
Qətərdə elektrik skuterlərinin polis qeydiyyatına alınması məcburi edilib
Oman sahillərində tankerə naməlum mərminin dəyməsi nəticəsində yanğın baş verib. Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb. İnsident Omanın…
Çexiya 2027-ci ilin birinci rübündə ABŞ-dən 15-20 il müddətinə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üzrə müqavilə bağlamağı planlaşdırır. Çexiyanın "Novinky" portalına istinadən, tərəflər artıq sazişin yekun…
Fars körfəzində yerləşən və İranın dəniz blokadasında iştirak edən "George Washington" təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi ABŞ aviadaşıyan zərbə qrupu bölgəni tərk edib…
19 noyabr üçün 12 bürc üzrə günün qısa proqnozu: Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıqlar.
Çinin BYD avtomobil istehsalçısının Böyük Britaniyadakı bölməsi hibrid mühərrikli "Denza Bao 5" yolsuzluq avtomobilinin nümayiş xarakterli sınaqlarını keçirib.
Bakı, 19 noyabr, AZƏRTAC “EasyJet” sərnişin təyyarəsi quşla toqquşduqdan sonra Avropada təcili eniş edib.AZƏRTAC “BBC News”-a istinadla xəbər verir ki, təyyarə noyabrın 18-də yerli vaxtla təxminən saat 09:24-də…
Ученые из Оксфордского университета обнаружили, что люди, перенесшие вирусный энцефалит, гораздо чаще заболевают болезнью Альцгеймера - в некоторых группах риск заболевания может повышаться в 30 раз. Работа основана на…
2030-cu ildə keçiriləcək dünya çempionatında oyunlar zamanı məcburi su fasilələrinin tətbiqi gündəmdədir. “The Guardian” nəşrinə istinadən, FİFA-nın DÇ-2030-un televiziya yayım hüquqlarının satışı ilə bağlı sənədlərində…
Avropa Komissiyası Ukraynaya əvvəllər təsdiqlənmiş 90 milyard avroluq kreditə əlavə olaraq daha 45 milyard avro maliyyə yardımı ayrılmasını təklif edib. Bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen…
"İnter Mayami"nin hücumçusu Lionel Messinin anası Seliya Mariya Kuççittini İtaliyanın "Komo" klubunun yarımmüdafiəçisi Niko Pasa onun Argentina millisində Messinin varisi olduğunu söyləyib.
Axşam.az-a istinadən, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Qonaqcanlı" verilişində deyib. O, toy məclislərinin çoxluğunun yaradıcılığına vaxt ayırmasına mane olduğunu bildirib: "Toylara qaçdığıma görə maddiyyat…
Dünyanın müxtəlif ölkələrindən olan istifadəçilər "PlayStation Network" (PSN) onlayn xidmətinin serverlərində baş verən fasilələrdən şikayətlənirlər. Bu barədə internet resurslarının…
Süni intellektin hazırlanması üzrə ixtisaslaşan Amerikanın "Anthropic" şirkəti səhmlərin ilkin kütləvi yerləşdirilməsi (IPO) qiymətini bir səhm üçün 83 dollar səviyyəsində müəyyən edib. "Bloomberg"ə istinadən, bu barədə…
Bakı, 19 noyabr, AZƏRTAC Estoniya Parlamenti Rusiya ilə sərhədin bağlanması ilə bağlı qanun layihəsini birinci oxunuşda təsdiqləyib.AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, qanun layihəsini 37 nəfər dəstəkləyib…
ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin arasında ilk üçtərəfli görüşün noyabrın 19-da Bakı vaxtı ilə təxminən saat 10:30-da keçirilməsi…
Böyük Britaniyanın ən iri müdafiə şirkəti “BAE Systems” rəqabətqabiliyyətliliyin artırılması proqramı çərçivəsində 1 070 iş yerini ixtisar etməyi planlaşdırır. İxtisarlar əsasən şirkətin…
Hörmüz boğazında hərəkət edən neft tankeri naməlum istiqamətdən raket atəşinə məruz qalıb
İran ordusu özünümüdafiə hüququ çərçivəsində regionda yerləşən iki ABŞ hərbi bazasındakı silah sistemlərini hədəfə alıb
"Nvidia" şirkətinin keçmiş rəhbəri Censen Huanqın çinli iş qadını Elis Huanqla restoranda şam yeməyi zamanı çəkilmiş fotosu Şanxaydakı restoranlardan birini gözlənilmədən məşhurlaşdırıb. İndi ziyarətçilər çay mənzərəli…
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları ABŞ-nin Yunanıstandakı keçmiş səfiri Kimberli Gilfoylla bağlı ittihamları araşdırmaq üçün Afinaya gəliblər. Yunanıstanın "SKAI" telekanalına istinadən, FTB…
Bakı, 19 noyabr, AZƏRTAC ABŞ və Venesuela arasında yeni müdafiə və təhlükəsizlik müqaviləsi kəşfiyyat məlumatlarının mübadiləsini əhatə edir. AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset Karakasdakı…
Во время поездки на автомобиле телефон может сильно нагреться, даже если водитель использует его только для привычных задач. Об этом сообщает издание BGR, передает Day.Az со ссылкой на Gazeta.ru. Главная опасность для…
Kipr 2027-ci il iyulun 1-dən Şengen zonasına daxil ola bilər. Bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis açıqlayıb. Mitsotakisin sözlərinə görə, Afina Kiprin Şengen zonasına qoşulması ilə bağlı qərarın 2027-ci…
2035-ci ilədək dünyada müsəlmanların sayının 2.57 milyarda, xristianların sayının isə 2.52 milyarda çatacağı proqnozlaşdırılır.
Naxçıvan, 19 noyabr, AZƏRTAC Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində “Açıq mikrofon” layihəsi çərçivəsində keçirilən görüşdə NDU-nun rektoru Elbrus İsayev və Naxçıvan Muxtar Respublikasının mədəniyyət…
Elektromobillərin təkərləri daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə orta hesabla 10-20 faiz daha tez aşına bilər. Rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin bu fərqin əsas səbəbləri kimi avtomobillərin daha…
Noyabrın 19-da Almaniyanın paytaxtı Berlində Ukraynaya dəstək verən “İstəklilər Koalisiyası”nın mühüm görüşü keçiriləcək. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib. Onun sözlərinə görə…
ABŞ, Rusiya və Çin liderləri Donald Tramp, Vladimir Putin və Si Cinpin arasındakı ilk üçtərəfli görüşün noyabrın 19-u Bakı vaxtı ilə təqribən saat 10:30-da keçirilməsi planlaşdırılıb. TASS-a istinadən, danışıqlar Çinin…
Xankəndi, 19 noyabr, AZƏRTAC Xankəndi şəhərində Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Azərbaycan Futbol…
Aparıcı Rövşanə Ağasəfqızı özəl bağçaların fəaliyyətini tənqid edib.