Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini dekabr ayında təsdiqləməyi planlaşdırır.
Bu barədə “Politico” nəşri məlumat yayıb.
Yeni sanksiyalar paketinin bank sektorunu, kriptoaktivləri və Rusiyanın “kölgə donanması”na aid gəmiləri əhatə edəcəyi gözlənilir.
Həmçinin qeyd olunur ki, Yunanıstan, Malta və Kipr kimi ölkələrin etirazları səbəbindən Rusiya gəmilərinə dəniz xidmətlərinin göstərilməsinə qoyulması nəzərdə tutulan qadağa təsdiqlənməyəcək.