Bakı, 19 noyabr, AZƏRTAC ABŞ-nin özəl və dövlət sektorlarında son zamanlar baş verən kompüter sistemlərində böyük fasilələr təsadüfdür. AZƏRTAC xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton bildirib.Nümayəndələr Palatasının Vətən Təhlükəsizliyi Komitəsinin dinləməsində çıxış edən Kleyton diqqətə çatdırıb ki, bu, faktlara əsaslanır. Həmçinin qeyd edib ki, həm dövlət, həm də özəl sektorlarda kompüter şəbəkələri üçün proqram təminatı və aparat təminatı yeniləmələrinin sayında əhəmiyyətli artım müşahidə olunub.Kleytonun sözlərinə görə, bunun koordinasiyalı kiberhücum və ya hər hansı məqsədli fəaliyyət olduğuna dair heç bir dəlil yoxdur. Əlavə edib ki, pozuntuların müxtəlif səbəbləri var.Öz növbəsində, ABŞ-nin daxili təhlükəsizlik katibi Markueyn Mallin hakerlərin sistemdəki pozuntularla əlaqəsi olmadığına əminliyini ifadə edib. “Bunu açıq şəkildə deyirəm, 98 faiz əminəm ki, bu, haker fəaliyyəti və ya düşmənlərimizin sistemlərimizi hədəf alması ilə əlaqəli deyil”, - deyə o bildirib.Qeyd edək ki, ötən həftə texniki problemlərə görə ABŞ Federal Aviasiya Administrasiyası hava hərəkətinin idarə edilməsi mərkəzlərində rabitə çatışmazlığı səbəbindən ölkə daxilində bütün uçuşları dörd saatdan çox təxirə salıb. Bundan əlavə, texnologiya nəhəngi “Microsoft”, ən böyük aviaşirkətlərdən biri olan “United Airlines” və “JPMorgan Chase” bankında ciddi fasilələr qeydə alınıb. Çərşənbə axşamı günü elektron kəşfiyyata cavabdeh olan ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili kompüter şəbəkəsinin sıradan çıxdığı bildirilib.