Niyə bəzi insanlar soyuq havalarda daha çox yorğunluq hiss edir?

Payız və qış aylarında bir çox insan gün ərzində özünü daha yorğun, halsız və enerjisiz hiss etdiyini bildirir. Hava şəraitinin dəyişməsi, günəş işığının azalması və gündəlik hərəkətliliyin aşağı düşməsi bu vəziyyətə təsir edən amillər sırasında göstərilir.

Foodinfo.az-a istinadən, soyuq aylarda günlərin qısalması insanların yuxu rejiminə və bioloji ritminə təsir göstərir. Günəş işığına daha az məruz qalmaq orqanizmin yuxu və oyanıqlıq dövrünü tənzimləyən mexanizmlərlə əlaqəlidir. Bundan başqa, insanlar qış aylarında daha çox qapalı məkanlarda vaxt keçirir, açıq havada gəzməyə və fiziki aktivliyə əvvəlki qədər zaman ayırmırlar.

Mütəxəssislər belə dövrlərdə yuxu rejiminin qorunmasını, gündəlik fiziki aktivliyin davam etdirilməsini və qidalanmanın müxtəlif olmasını vacib hesab edirlər. Gün ərzində açıq havada gəzmək və təbii işıqdan faydalanmaq da ümumi əhval-ruhiyyəyə müsbət təsir göstərir.

Lakin yorğunluq uzun müddət davam edirsə, gündəlik fəaliyyətə mane olursa və başqa əlamətlərlə müşayiət edilirsə, bunu yaln