Bakı, 19 noyabr, AZƏRTACABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda İranla qarşıdurmanın tənzimlənməsinə nail olmaq niyyətində olduğunu bəyan edib. AZƏRTAC xəbər verir ki, Amerika lideri bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.“Bəli, mən bu işi sona çatdıracağam. Bəli, tezliklə. Bu və ya digər şəkildə biz məsələni yekunlaşdıracağıq. Onlar sövdələşmə bağlamaq istəyirlər, lakin bizə uzunmüddətli razılaşma lazımdır”, – deyə D.Tramp vurğulayıb.