Bakı, 19 noyabr, AZƏRTAC ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin həllində Rusiya və Çindən yardım istəməyi planlaşdırmadığını bəyan edib.AZƏRTAC xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.Jurnalistin münaqişənin həllinə kömək göstərilməsi üçün Pekinə və Moskvaya müraciət etməyi planlaşdırıb-planlaşdırmadığı barədə sualını cavablandıran Donald Tramp qısa olaraq, “Bizə heç bir kömək lazım deyil”, – deyə bildirib.