Lənkəran rayonunda 13 yaşlı yeniyetmə ehtiyatsızlıq nəticəsində boğaz nahiyəsindən bıçaq xəsarəti alıb.
Hadisə rayonun Darquba kəndində qeydə alınıb. Kənd sakini, 2013-cü il təvəllüdlü F.A. evdə uzanmış vəziyyətdə bıçaqla meyvə doğrayarkən ehtiyatsızlıqdan boğaz nahiyəsinə xəsarət yetirib.
Yeniyetmə təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona boyun nahiyəsinin açıq yarası diaqnozu qoyulub və zəruri ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.