İşsizlikdən sığorta fondunun büdcəsi qəbul edildi - Birinci oxunuş

İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi birinci oxunuşda qəbul edilib.

Milli Məclisin bu gün keçirilən iclasında işsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında qanun layihəsi müzakirə olunaraq qəbul edilib.

Qeyd edək ki, işsizlikdən sığorta fondunun 2027-ci il üzrə xərcləri 319 200 min manat məbləğində nəzərdə tutulur.

İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsinin gəlirləri 268 900 min manat; işsizlikdən sığorta fondunun 2027-ci il yanvarın 1-nə istifadə olunmamış vəsaitindən 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 50 300 min manat nəzərdə tutulur.