Hörmüz boğazında iki gəmi minaya düşərək partladı

Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan supertanker və mayeləşdirilmiş qaz daşıyan gəmi dəniz minalarına düşərək partlayıb və yanıb.

Bu barədə SEPAH məlumat yayıb.

Bildirilib ki, gəmilərdən biri 2 milyon bareldən çox neft daşıyan supertanker, digəri isə mayeləşdirilmiş qaz daşıyan gəmi olub.

Supertanker boğazın qərb hissəsində, qazdaşıyan gəmi isə İranın icazə vermədiyi cənub marşrutunda dəniz minasına düşüb.