Möhtərəm cənab Prezident!
Azərbaycan radiosunun 100 illik yubileyi, Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə imzaladığınız Sərəncam teleradio sahəsində çalışanlara göstərdiyiniz diqqət və qayğının təzahürüdür. Bu əlamətdar yubiley günlərində layiq görüldüyüm yüksək təltifə - “Tərəqqi” medalına görə Sizə dərin minnətdarlığımı və səmimi təşəkkürümü bildirirəm. Bu mükafat mənim üçün yalnız uzun illər göstərdiyim əməyə verilən qiymət deyil, eyni zamanda Azərbaycan radiosunun zəngin tarixinə, milli teleradio ənənələrinə göstərilən yüksək diqqət və ehtiramın ifadəsidir.
Ölkəmizdə elektron medianın və informasiyanın inkişafında mühüm rol oynamış Azərbaycan radiosunun bir əsrlik yubileyi ərəfəsində təltif olunmaq böyük qürur və mənəvi məsuliyyətdir. Çünki Azərbaycan radiosunun 100 illik yubileyi həm də milli söz sənətimizin, Azərbaycan dilinin, mədəniyyətinin, ictimai düşüncənin inkişaf tarixinin mühüm mərhələsidir. Bu şərəfli tarixə öz əməli fəaliyyətimlə töhfə vermək, radio və televiziya sahəsində formalaşan peşə ənənələrinin yaşadılmasına xidmət etmək böyük məsuliyyət və fəxrdir.
Cənab Prezident, bu yüksək diqqət bizə gələcək fəaliyyətimizdə daha böyük əzmlə çalışmağa əlavə stimul verir. Göstərilən diqqətə, yüksək qiymətə və təltifə görə Sizə bir daha səmimi təşəkkürümü bildirirəm.
Dərin hörmətlə və ehtiramla,
Südabə Eynullayeva,
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin İnformasiya Proqramları Studiyasının redaktoru
Azərbaycan Respublikası, Bakı şəhəri.