Bakıda təcili yardım maşınında yük daşınır

Bakıda təcili tibbi yardım avtomobili ilə tikinti materiallarının daşınmasına dair görüntülər yayılıb.

Bu barədə Patrul.az paylaşım edib.

Görüntülərdən aydın olur ki, ambulansda tikinti materialları daşınır.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq avtomobil TƏBİB-ə deyil, özəl xəstəxanalardan birinə məxsus olduğu qeyd edilib.