Vərəsəlik hüququ ilə bağlı vətəndaşları maraqlandıran mühüm məsələlərdən biri də mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün nəzərdə tutulan müddətlə bağlıdır. İllərdir qüvvədə olan qaydalara əsasən, miras qoyan şəxsin vəfatından sonra vərəsələr mirası qəbul etmək üçün müəyyən edilmiş altı aylıq müddətə əməl etməli idilər. Bu müddətin ötürülməsi isə bir çox hallarda vətəndaşlar üçün ciddi hüquqi çətinliklər yaradır, hətta miras əmlak üzərində hüquqların rəsmiləşdirilməsini mürəkkəbləşdirirdi. Xüsusilə ailə üzvlərindən birinin vəfatından sonra müxtəlif səbəblərdən notariusa vaxtında müraciət edə bilməyən şəxslər sonradan öz vərəsəlik hüquqlarını sübut etmək məcburiyyətində qalırdılar.Oxu24.com-un məlumatına görə, lakin bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarı vərəsəlik münasibətlərində mühüm hüquqi aydınlıq yaradıb. Qərar vərəsəlik hüququnun yalnız altı aylıq müddətin keçməsi səbəbindən avtomatik olaraq itirilməsi kimi yanaşmanın qarşısını alan mühüm hüquqi mövqe ortaya qoyub. Bu isə o deməkdir ki, miras qoyan şəxsin vəfatından sonra altı ayın keçməsi hər bir halda vərəsənin miras üzərində hüququnu itirməsi ilə nəticələnməməlidir. Təsəvvür edək ki, bir şəxs vəfat edib və onun adına mənzil, torpaq sahəsi, avtomobil və ya digər əmlak qalıb. Vərəsə olan yaxın qohum isə müxtəlif səbəblərdən həmin əmlakın rəsmiləşdirilməsi üçün notariusa vaxtında müraciət etməyib. Aradan iki, üç və ya daha çox il keçdikdən sonra mirasın rəsmiləşdirilməsi zərurəti yaranıb. Belə vəziyyətdə yalnız altı aylıq müddətin ötürülməsinə əsaslanaraq həmin şəxsin vərəsəlik hüququnun avtomatik itirildiyini söyləmək düzgün deyil. Məsələnin həlli zamanı mirasın faktiki qəbul edilib-edilməməsi, vərəsənin davranışı, miras əmlakdan istifadə edib-etməməsi və qanunvericilikdə nəzərdə tutulan digər hallar nəzərə alınmalıdır.Burada mühüm məqam ondan ibarətdir ki, mirasın qəbul edilməsi ilə vərəsəlik şəhadətnaməsinin alınması eyni hüquqi anlayış deyil. Vərəsəlik şəhadətnaməsi miras üzərində hüquqların rəsmiləşdirilməsinə xidmət edən sənəddir. Mirasın qəbul edilməsi isə vərəsənin miras qoyanın əmlakına münasibətdə hüquqlarını əldə etməsi ilə bağlı hüquqi prosesdir. Bu səbəbdən şəhadətnamənin vaxtında alınmaması hər zaman mirasın qəbul edilməməsi və ya vərəsəlik hüququnun itirilməsi anlamına gəlmir. Vətəndaşlar bilməlidirlər ki, miras əmlak üzərində hüquqların tanınması üçün konkret vəziyyətin hüquqi qiymətləndirilməsi vacibdir. Məsələn, vərəsə miras qoyanın ölümündən sonra həmin mənzildə yaşamağa davam edibsə, əmlakın saxlanılması və qorunması ilə məşğul olubsa, kommunal xərcləri ödəyibsə və ya miras əmlaka faktiki sahiblik etdiyini göstərən digər hərəkətlərə yol veribsə, bunlar mirasın faktiki qəbul edilməsinin sübutları kimi qiymətləndirilə bilər. Lakin bu halların hər biri ayrıca araşdırılmalı, təqdim olunan sübutların hüquqi əhəmiyyəti müəyyən edilməlidir.Digər tərəfdən, mirasın faktiki qəbul edilməsi ilə bağlı kifayət qədər sübut olmadıqda, vərəsənin hüquqlarının bərpası və mirasın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan digər hüquqi mexanizmlər gündəmə gələ bilər. Belə hallarda məhkəməyə müraciət edilməsi, müddətin ötürülməsinin səbəblərinin izah olunması və digər vərəsələrin mövqeyinin nəzərə alınması məsələnin həllində əhəmiyyət daşıyır.Xüsusilə qeyd edilməlidir ki, mirasın gec rəsmiləşdirilməsi heç də bütün hallarda vərəsənin qarşısında maneə yaratmır. Vətəndaş yalnız miras qoyanın vəfat etdiyi tarixdən altı ay keçdiyinə görə öz hüquqlarından imtina etməməlidir. Əvvəlcə mirasın faktiki qəbul edilib-edilmədiyi, əmlakla bağlı hansı hüquqi hərəkətlərin həyata keçirildiyi və vərəsəliyin hansı qaydada rəsmiləşdirilə biləcəyi araşdırılmalıdır.Bununla yanaşı, mirasın qəbul edilməsi yalnız əmlak hüquqlarının əldə olunması demək deyil. Vərəsəlik münasibətlərində miras qoyanın əmlak hüquqları ilə yanaşı, onun öhdəlikləri də nəzərə alınmalıdır. Başqa sözlə, miras əmlakın tərkibində borclar və digər öhdəliklər mövcud olduqda, onların taleyi də qanunvericiliyə uyğun müəyyən edilir. Buna görə də vərəsələr mirası qəbul etməzdən və əmlakın rəsmiləşdirilməsi prosesinə başlamazdan əvvəl mirasın tərkibini, mövcud öhdəlikləri və hüquqi nəticələri araşdırmalıdırlar.Beləliklə, vərəsəlik şəhadətnaməsinin alınması üçün altı aylıq müddətin ötürülməsi miras üzərində hüquqların bütün hallarda itirilməsi kimi qiymətləndirilməməlidir. Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarı bu sahədə hüquqi yanaşmanın müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Vətəndaşlar yaxınlarının vəfatından illər sonra belə miras əmlakın rəsmiləşdirilməsi məsələsini araşdıra və qanunvericiliyin tələblərinə uyğun olaraq öz vərəsəlik hüquqlarının tanınmasına nail ola bilərlər. Əsas məsələ isə mirasın hansı qaydada qəbul edildiyinin və hüququn hansı sübutlarla təsdiqlənə biləcəyinin düzgün müəyyənləşdirilməsidir.Turan Etibaroğlu
Bu gün
2768 xəbər bu gün
Hörmətli cənab Prezident, Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya …
Zati-aliləri! Möhtərəm cənab Prezident! Bir neçə gün əvvəl media nümayəndələrinin …
Hörmətli cənab Prezident! Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya …
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, Dövlətimizin qüdrətlənməsi, …
Möhtərəm cənab Prezident! Azərbaycan Respublikasının televiziya və radio işçilərinə …
Hörmətli cənab Prezident! Otuz illik televiziya və radio fəaliyyətimin “Tərəqqi” medalı …
Möhtərəm cənab Prezident! Müzəffər Ali Baş Komandan! Azərbaycan radiosunun 100 illik …
Möhtərəm cənab Prezident! Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya …
“Plastik cərraha da şəklimi göstərib deyirlər ki, onun kimi oramı belə et, buramı elə et”. Bu sözləri müğənni Mətanət Əsədova “Bir gün” verilişində deyib. Sənətçi…
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib…
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...
"Onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta ilə ödənilməsi və özəl klinikaların imkanlarından daha geniş istifadə edilməsi vacibdir". Bunu deputat Fazil Mustafa Milli Məclisin plenar...
"Azərbaycanın maliyyə əməliyyatlarının və regional ticarətinin miqyası dünyanın aparıcı banklarının ölkəmizdə fəaliyyət göstərməsinə imkan verir. Dost Qazaxıstanda xarici və birgə mülkiyyət əsasında fəaliyyət göstərən…
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlər uzun illərə söykənən dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Böyük Britaniya…
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib…
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2027-ci il ərzində həyata keçiriləcək bütün növ ödənişlərin nağdsız qaydada vətəndaşlara çatdırılması üçün bank xidmətləri alacaq.
Fransız aktyor Jerar Depardye cinsi zorakılıq işi üzrə təqsirini qəbul edib. O, apellyasiya şikayətindən rəsmən imtina edərək zərərçəkənlərdən üzr istəyib.
PAŞA Holding-in təşkilatçılığı ilə keçirilən regionun ən böyük innovasiya platforması “INMerge” İnnovasiya Sammiti bu il 30 noyabr – 1 dekabr tarixlərində...
Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin...
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat…
İordaniya hakimiyyəti "Telegram" mesajlaşma tətbiqinə girişi bloklayıb. Bu barədə ölkənin İctimai Təhlükəsizlik İdarəsi məlumat yayıb. "Rəqəmsal təhlükəsizliyin və istifadəçi müdafiəsinin gücləndirilməsi, eləcə də…
Cəlilabadın 118 kəndi var, onun altmışında qaz təminatı ilə bağlı müəyyən problemlər yaşanır. Bunu deputat Elman Nəsirov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi…
Qara dənizdə Somali bayrağı altında üzən “BETUL 8” adlı yük gəmisi Bolqarıstan sahillərində batıb. Xarici mətbuata istinadən, Rumıniyadan Misirə 3 min ton buğda daşıyan gəmidə 8 Türkiyə və 4 Azərbaycan vətəndaşı olmaqla…
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Modern.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib…
Dövlət sektorunda aparılan struktur islahatları və ştat ixtisarları özəl sektorda yeni iş yerlərinin yaradılması ilə müşayiət olunmalıdır. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 2027-ci ilin…
Deputat Fazil Mustafa özəl xəstəxanaların İcbari Tibbi Sığorta sisteminə daha geniş cəlb olunmasını və bu müəssisələrdə müalicə alan pasiyentlərin xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanmasını təklif edib…
Milli Məclisin deputatı Zahid Oruc dünyanın 100 ən böyük korporasiyasının Azərbaycanda daimi iqtisadi iştirakını təmin etmək üçün hökumətə ayrıca fəaliyyət proqramı hazırlamağı təklif edib. Deputat bildirib ki…
Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata…
Bakının Yasamal rayonunda yerləşən "Qanlı göl"ün ətrafında genişmiqyaslı abadlaşdırma və yenidənqurma layihəsinin icrasına başlanılıb. İcrası "Kristal" şirkətinə həvalə olunan layihə göl ətrafında yaşıllıqların, gəzinti…
“Neftçi”nin veteran futbolçuları – Tərlan Əhmədov və Kamal Quliyev “Palms Sports” Futbol Mərkəzində qonaq olublar. Klubun baş icraçı direktoru Cenk Sümer və digər rəsmilərlə görüşən Tərlan Əhmədova 55, Kamal Quliyevə isə…
Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata…
Yol hərəkətində sürücülərin qarşılaşdığı hüquqi məsələlərdən biri də polis əməkdaşının nəqliyyat vasitəsini saxlamaq barədə qanuni tələbinə əməl etməməkdir. Bəzi sürücülər yol polisi tərəfindən saxlanılmaq istənildikdə…
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə Oxu24.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat…
Vərəsəlik hüququ ilə bağlı vətəndaşları maraqlandıran mühüm məsələlərdən biri də mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün nəzərdə tutulan müddətlə bağlıdır. İllərdir qüvvədə olan qaydalara…
Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən…
"Xəzər Xəbər"in tanınmış aparıcısı Günel Qədimova televiziya kanalı ilə əməkdaşlığını başa vurub. Aparıcı bu barədə sosial şəbəkə hesabında məlumat verərək qərarın öz təşəbbüsü ilə qəbul edildiyini açıqlayıb. Günel…
2020-2025-ci illərdə Azərbaycanda 14-17 yaşlı uşaqlar tərəfindən və ya onların iştirakı ilə 1883 cinayət törədilib. Medianews.az-ın araşdırmasına gör...
"Barselona"nın yarımmüdafiəçisi Dani Olmo UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Bakıda "Sabah"a qarşı keçiriləcək oyunda meydana çıxa bilər. Bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat yayıb…
Ağcabədi. Trend: Ağcabədi rayonunda naməlum şəxslər qəbirüstü abidələrin üzərindəki mərmər aksesuarları talayıblar. Trend-in Qarabağ bürosunun məlumatına görə, oğurluq hadisəsi rayonun Yuxarı…
AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) təşəbbüsü və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə dövlət sektorunun rəhbər şəxsləri üçün süni…
Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə…
Azərbaycanın valyuta ehtiyatları 15,4 milyard ABŞ dollarına çatıb və ölkə tarixində ən yüksək göstərici qeydə alınıb. Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin bu…
Azərbaycanda lampa istehsalı bir il ərzində 5 dəfəyə yaxın artmışdır. Banker.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda 732 787 ədəd lampa…
Moody’s reytinq agentliyinin ekspertləri hesab edirlər ki, əlverişli iqtisadi şərait və dayanıqlı gəlirlilik sayəsində qlobal bank sektoru 2027-ci ilə güclü mövqedə daxil olacaq. Reuters yazır ki, Moody’s-in…