Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1891 (Cild I); 2024, № 5 (II kitab), maddə 611) ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:1.1. 3.3-cü bənd üzrə:1.1.1. 3.3.3-cü yarımbəndə “bağlanılmış” sözündən sonra “abunə müqaviləsinə dair zəruri tələbləri əks etdirən” sözləri, birinci halda “surəti (surətləri)” sözlərindən sonra “və tətbiq edilən müqavilə nümunəsi” sözləri əlavə edilsin;1.1.2. 3.3.4-cü yarımbənd müvafiq olaraq 3.3.9-cu yarımbənd hesab edilsin və aşağıdakı məzmunda 3.3.4 ̶ 3.3.8-ci yarımbəndlər əlavə edilsin:“3.3.4. xidmətin təşkili üçün qurulmuş telekommunikasiya şəbəkəsində istismar olunan telekommunikasiya vasitələrinin adı, markası, modeli, seriya nömrəsi, istehsal tarixi və quraşdırıldığı ünvana dair məlumatları əks etdirən sənədlərin surəti;3.3.5. xidmətin təşkili üçün qurulmuş telekommunikasiya şəbəkəsinin strukturu, abunəçi tutumu həddi və istismara verilməsi mərhələləri barədə məlumat, telekommunikasiya şəbəkəsinin vektor xəritəsi;3.3.6. internet telekommunikasiya xidmətinin keyfiyyətinə və dayanıqlılığına nəzarət sisteminə malik olması barədə sənədlərin surəti;3.3.7. internet telekommunikasiya xidməti göstərdiyi abunəçilərə dair mülkiyyətçisi olduğu fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarış;3.3.8. ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulma haqqında məlumat və qoşulmanı təmin edən müqavilənin surəti;”;1.2. 3.13-cü bənd üzrə:1.2.1. 3.13.2-ci yarımbəndə “növü” sözündən sonra “və fəaliyyətinin əhatə dairəsi” sözləri əlavə edilsin;1.2.2. 3.13.4-cü yarımbənd müvafiq olaraq 3.13.11-ci yarımbənd hesab edilsin və aşağıdakı məzmunda 3.13.4 ̶ 3.13.10-cu yarımbəndlər əlavə edilsin:“3.13.4. hüquqi ünvanı;3.13.5. fəaliyyət ünvanı;3.13.6. internet informasiya ehtiyatı;3.13.7. fəaliyyət növü;3.13.8. telefon nömrəsi;3.13.9. elektron poçt ünvanı;3.13.10. tətbiq edilən müqavilə nümunəsi;”;1.3. 4.1-ci bəndə “hal” sözündən sonra “, həmçinin sənədləri təqdim edən şəxsə dair məlumatlar” sözləri əlavə edilsin;1.4. həmin Qaydaya 1 nömrəli əlavə - “Uçota alınma üçün Ərizə” üzrə:1.4.1. “İnternet informasiya ehtiyatının ünvanı: ______________” sətrində “ehtiyatının ünvanı” sözləri “ehtiyatı” sözü ilə əvəz edilsin;1.4.2. “Fəaliyyətinin əhatə dairəsi: ______________” sətrindən sonra aşağıdakı məzmunda sətirlər əlavə edilsin:“Xidmət göstərdiyi istifadəçi növü (biri və ya hər ikisi seçilməlidir):Fərdi ☐ Korporativ ☐”;“Xidmətin satış növü (biri və ya bir neçəsi seçilməlidir): Topdan ☐Pərakəndə ☐Yenidən satış ☐”;1.4.3. birinci halda “Elektron poçt ünvanı: ______________” sətrindən sonra aşağıdakı məzmunda sətirlər əlavə edilsin:“Əlaqələndirici şəxsin soyadı, adı və atasının adı: ______________Əlaqələndirici şəxsin telefon nömrəsi: ______________Əlaqələndirici şəxsin elektron poçt ünvanı: ______________”;1.4.4. “Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: ______________” sətrindən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:“FİN: ______________”;1.4.5. “Təqdim olunan məlumatların həqiqiliyini” sözlərindən sonra “, habelə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən və ya Nazirliyin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən uçota alınmaq üçün ərizə vermiş hüquqi şəxsin bu ərizədə qeyd edilmiş elektron poçt ünvanına daxil olan məktubların daxil olduğu gündən 3 (üç) iş günü keçdikdən sonra rəsmi qaydada verilmiş hesab olunacağını” sözləri əlavə edilsin;1.5. həmin Qaydaya 2 nömrəli əlavə - “Uçota alınma üçün Ərizə” üzrə:1.5.1. “Seriya və nömrə: ______________” sətrindən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:“FİN: ______________”;1.5.2. “İnternet informasiya ehtiyatının ünvanı: ______________” sətrində “ehtiyatının ünvanı” sözləri “ehtiyatı” sözü ilə əvəz edilsin;1.5.3. “Fəaliyyətin əhatə dairəsi: ______________” sətrindən sonra aşağıdakı məzmunda sətirlər əlavə edilsin:“Xidmət göstərdiyi istifadəçi növü (biri və ya hər ikisi seçilməlidir): Fərdi ☐Korporativ ☐”;“Xidmətin satış növü (biri və ya bir neçəsi seçilməlidir):Topdan ☐Pərakəndə ☐Yenidən satış ☐”;1.5.4. birinci halda “Elektron poçt ünvanı: ______________” sətrindən sonra aşağıdakı məzmunda sətirlər əlavə edilsin:“Əlaqələndirici şəxsin soyadı, adı və atasının adı: ______________Əlaqələndirici şəxsin telefon nömrəsi: ______________Əlaqələndirici şəxsin elektron poçt ünvanı: ______________”;1.5.5. “Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: ______________” sətrindən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:“FİN: ______________”;1.5.6. “Təqdim olunan məlumatların həqiqiliyini” sözlərindən sonra “, habelə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən və ya Nazirliyin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən uçota alınmaq üçün ərizə vermiş fiziki şəxsin bu ərizədə qeyd edilmiş elektron poçt ünvanına daxil olan məktubların daxil olduğu gündən 3 (üç) iş günü keçdikdən sonra rəsmi qaydada verilmiş hesab olunacağını” sözləri əlavə edilsin.2. Bu Qərarın 1.1-ci bəndi bu Qərar qüvvəyə mindikdən sonra uçota alınma üçün ərizə ilə müraciət edən internet telekommunikasiya xidməti göstərən operatorlara və provayderlərə şamil edilir. Əli ƏsədovAzərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, “ 13 ” “ noyabr ” 2026-cı il№ 382