Bakı, 16 noyabr, AZƏRTAC Müasir qlobal geosiyasi reallıqlar fonunda dövlətlərarası münasibətlərin dərinləşdirilməsi və etibarlı tərəfdaşlıq mexanizmlərinin qurulması xüsusi aktuallıq kəsb edir. Uzun illər ərzində formalaşmış qarşılıqlı etimad və siyasi dialoq mühiti rəsmi Bakının Avropanın aparıcı güc mərkəzləri ilə əlaqələrini keyfiyyətcə yeni müstəviyə çıxarmasına imkan verir. Məhz bu ardıcıl diplomatik fəaliyyətin məntiqi nəticəsi kimi, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin getdikcə möhkəmlənməsi, regional və qlobal proseslərə artan təsiri, eləcə də milli maraqlara söykənən müstəqil xarici siyasət kursu ölkəmizin aparıcı dünya dövlətləri ilə əməkdaşlığının yeni məzmun qazanmasına möhkəm zəmin yaradır. Bu baxımdan Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətlərin tarixində mühüm siyasi hadisə olmaqla yanaşı, ölkəmizin beynəlxalq nüfuzunun və geosiyasi çəkisinin artmasının növbəti bariz təsdiqidir. 2026-cı il noyabrın 12-də Dublində Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən imzalanan tarixi sənəd iki ölkə arasında illərdir formalaşmış çoxşaxəli tərəfdaşlığın daha geniş və yeni strateji istiqamətlər üzrə inkişaf etdirilməsini nəzərdə tutur.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.“Bu strateji yaxınlaşmanın tarixi köklərinə nəzər saldıqda görürük ki, iki ölkə arasındakı bugünkü yüksəksəviyyəli dialoq təsadüfi xarakter daşımır. Əslində Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlər uzun onilliklər ərzində formalaşmış qarşılıqlı maraqların, dərin siyasi etimadın və ardıcıl əməkdaşlığın məntiqi nəticəsidir. Müstəqilliyimizin ilk illərində 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə və 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu əlaqələrin möhkəm hüquqi-siyasi bazasını formalaşdıran təməl sənədlər kimi tarixə düşmüşdür. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən xarici siyasət strategiyasında rəsmi Londonla əlaqələrin inkişafına xüsusi önəm verilməsi də məhz Azərbaycanın beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və ölkəmizin qlobal iqtisadi sistemə uğurlu inteqrasiyası baxımından həlledici rol oynayırdı. Məhz həmin dövrdə təməli qoyulmuş qarşılıqlı etimad mühiti sonrakı mərhələlərdə siyasi dialoqun daha da dərinləşməsinə, ticari-iqtisadi əlaqələrin şaxələnməsinə və tərəfdaşlığın sarsılmaz dayaqlar üzərində ucalmasına geniş imkanlar açdı. Məhz bu möhkəm zəmin üzərində noyabrın 12-də imzalanmış yeni Bəyannamə ikitərəfli münasibətlərin sadəcə məntiqi davamı deyil, sürətlə dəyişən beynəlxalq reallıqlar fonunda keyfiyyətcə tamamilə yeni mərhələyə keçididir”, - deyə K.Bayramov bildirib. Milli maraqlara söykənən xarici siyasət kursu Onun fikrincə, sənədin başlıca siyasi dəyəri ondan ibarətdir ki, Bakı və London əməkdaşlığın ənənəvi istiqamətlərini qoruyub saxlamaqla yanaşı, münasibətləri müdafiə və təhlükəsizlik, ticarət və investisiya, habelə təhsil, elm və innovasiya kimi müasir strateji sahələr hesabına daha da zənginləşdirirlər. Beləliklə, ikitərəfli tərəfdaşlıq ayrı-ayrı sektorlar üzrə lokal əməkdaşlıq çərçivəsindən çıxaraq uzunmüddətli hədəflərə və dayanıqlı institusional mexanizmlərə əsaslanan vahid, geniş siyasi-iqtisadi platformaya çevrilir. Bu konseptual yanaşma həm mövcud əlaqələrin davamlılığını təmin edir, həm də gələcək dövr üçün perspektivli əməkdaşlıq imkanları yaradır. Deputat diqqətə çatdırıb ki, Vaşinqton razılaşmaları və Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində rəsmi Bakının irəli sürdüyü sülh gündəliyinə Böyük Britaniyanın dəstək verməsi regionda sabitliyin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. İqtisadi müstəvidə isə otuz ildən artıq davam edən ənənəvi enerji əməkdaşlığı artıq daha müasir və çoxşaxəli məzmun qazanır. Tərəfdaşlıq gündəliyinə bərpaolunan enerji mənbələri, yaşıl maliyyələşdirmə, aşağı karbonlu texnologiyalar və müasir infrastruktur layihələri daxil edilib. Xüsusilə Orta Dəhlizin inkişafına verilən dəstək Azərbaycanın Avrasiya məkanında əsas nəqliyyat-logistika mərkəzi kimi mövqeyini daha da gücləndirərək, Şərq-Qərb ticarət əlaqələrinin genişlənməsinə böyük töhfə verir. “Azərbaycan ilə Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli münasibətlərin gələcək inkişafında tamamilə yeni bir siyasi dövrün başlanğıcını qoyur. Şübhəsiz ki, bu uğurun təməlində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, praqmatik və milli maraqlara söykənən uzaqgörən xarici siyasət kursu dayanır. Məhz bu siyasət nəticəsində Azərbaycan qlobal güc mərkəzləri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı dialoq qurmağı bacaran nüfuzlu dövlətə çevrilib”, - deyə K.Bayramov vurğulayıb.
Bu gün
2768 xəbər bu gün
Hörmətli cənab Prezident, Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya …
Zati-aliləri! Möhtərəm cənab Prezident! Bir neçə gün əvvəl media nümayəndələrinin …
Hörmətli cənab Prezident! Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya …
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, Dövlətimizin qüdrətlənməsi, …
Möhtərəm cənab Prezident! Azərbaycan Respublikasının televiziya və radio işçilərinə …
Hörmətli cənab Prezident! Otuz illik televiziya və radio fəaliyyətimin “Tərəqqi” medalı …
Möhtərəm cənab Prezident! Müzəffər Ali Baş Komandan! Azərbaycan radiosunun 100 illik …
Möhtərəm cənab Prezident! Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya …
“Plastik cərraha da şəklimi göstərib deyirlər ki, onun kimi oramı belə et, buramı elə et”. Bu sözləri müğənni Mətanət Əsədova “Bir gün” verilişində deyib. Sənətçi…
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib…
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...
"Onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta ilə ödənilməsi və özəl klinikaların imkanlarından daha geniş istifadə edilməsi vacibdir". Bunu deputat Fazil Mustafa Milli Məclisin plenar...
"Azərbaycanın maliyyə əməliyyatlarının və regional ticarətinin miqyası dünyanın aparıcı banklarının ölkəmizdə fəaliyyət göstərməsinə imkan verir. Dost Qazaxıstanda xarici və birgə mülkiyyət əsasında fəaliyyət göstərən…
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlər uzun illərə söykənən dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Böyük Britaniya…
“Milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır və digər media quruluşlarıdır. Gələn il dövlət büdcəsindən bu sahəyə 68 milyon 369 min manat ayrılacaq. Mən bunu ötən illə müqayisə etmək…
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib…
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2027-ci il ərzində həyata keçiriləcək bütün növ ödənişlərin nağdsız qaydada vətəndaşlara çatdırılması üçün bank xidmətləri alacaq.
Fransız aktyor Jerar Depardye cinsi zorakılıq işi üzrə təqsirini qəbul edib. O, apellyasiya şikayətindən rəsmən imtina edərək zərərçəkənlərdən üzr istəyib.
PAŞA Holding-in təşkilatçılığı ilə keçirilən regionun ən böyük innovasiya platforması “INMerge” İnnovasiya Sammiti bu il 30 noyabr – 1 dekabr tarixlərində...
Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin...
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat…
İordaniya hakimiyyəti "Telegram" mesajlaşma tətbiqinə girişi bloklayıb. Bu barədə ölkənin İctimai Təhlükəsizlik İdarəsi məlumat yayıb. "Rəqəmsal təhlükəsizliyin və istifadəçi müdafiəsinin gücləndirilməsi, eləcə də…
Cəlilabadın 118 kəndi var, onun altmışında qaz təminatı ilə bağlı müəyyən problemlər yaşanır. Bunu deputat Elman Nəsirov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi…
Qara dənizdə Somali bayrağı altında üzən “BETUL 8” adlı yük gəmisi Bolqarıstan sahillərində batıb. Xarici mətbuata istinadən, Rumıniyadan Misirə 3 min ton buğda daşıyan gəmidə 8 Türkiyə və 4 Azərbaycan vətəndaşı olmaqla…
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Modern.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib…
Dövlət sektorunda aparılan struktur islahatları və ştat ixtisarları özəl sektorda yeni iş yerlərinin yaradılması ilə müşayiət olunmalıdır. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 2027-ci ilin…
Deputat Fazil Mustafa özəl xəstəxanaların İcbari Tibbi Sığorta sisteminə daha geniş cəlb olunmasını və bu müəssisələrdə müalicə alan pasiyentlərin xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanmasını təklif edib…
Milli Məclisin deputatı Zahid Oruc dünyanın 100 ən böyük korporasiyasının Azərbaycanda daimi iqtisadi iştirakını təmin etmək üçün hökumətə ayrıca fəaliyyət proqramı hazırlamağı təklif edib. Deputat bildirib ki…
Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata…
Bakının Yasamal rayonunda yerləşən "Qanlı göl"ün ətrafında genişmiqyaslı abadlaşdırma və yenidənqurma layihəsinin icrasına başlanılıb. İcrası "Kristal" şirkətinə həvalə olunan layihə göl ətrafında yaşıllıqların, gəzinti…
“Neftçi”nin veteran futbolçuları – Tərlan Əhmədov və Kamal Quliyev “Palms Sports” Futbol Mərkəzində qonaq olublar. Klubun baş icraçı direktoru Cenk Sümer və digər rəsmilərlə görüşən Tərlan Əhmədova 55, Kamal Quliyevə isə…
Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata…
Yol hərəkətində sürücülərin qarşılaşdığı hüquqi məsələlərdən biri də polis əməkdaşının nəqliyyat vasitəsini saxlamaq barədə qanuni tələbinə əməl etməməkdir. Bəzi sürücülər yol polisi tərəfindən saxlanılmaq istənildikdə…
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə Oxu24.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat…
Vərəsəlik hüququ ilə bağlı vətəndaşları maraqlandıran mühüm məsələlərdən biri də mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün nəzərdə tutulan müddətlə bağlıdır. İllərdir qüvvədə olan qaydalara…
Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən…
"Xəzər Xəbər"in tanınmış aparıcısı Günel Qədimova televiziya kanalı ilə əməkdaşlığını başa vurub. Aparıcı bu barədə sosial şəbəkə hesabında məlumat verərək qərarın öz təşəbbüsü ilə qəbul edildiyini açıqlayıb. Günel…
2020-2025-ci illərdə Azərbaycanda 14-17 yaşlı uşaqlar tərəfindən və ya onların iştirakı ilə 1883 cinayət törədilib. Medianews.az-ın araşdırmasına gör...
"Barselona"nın yarımmüdafiəçisi Dani Olmo UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Bakıda "Sabah"a qarşı keçiriləcək oyunda meydana çıxa bilər. Bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat yayıb…
Ağcabədi. Trend: Ağcabədi rayonunda naməlum şəxslər qəbirüstü abidələrin üzərindəki mərmər aksesuarları talayıblar. Trend-in Qarabağ bürosunun məlumatına görə, oğurluq hadisəsi rayonun Yuxarı…
AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) təşəbbüsü və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə dövlət sektorunun rəhbər şəxsləri üçün süni…
Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə…
Azərbaycanın valyuta ehtiyatları 15,4 milyard ABŞ dollarına çatıb və ölkə tarixində ən yüksək göstərici qeydə alınıb. Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin bu…
Azərbaycanda lampa istehsalı bir il ərzində 5 dəfəyə yaxın artmışdır. Banker.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda 732 787 ədəd lampa…
Moody’s reytinq agentliyinin ekspertləri hesab edirlər ki, əlverişli iqtisadi şərait və dayanıqlı gəlirlilik sayəsində qlobal bank sektoru 2027-ci ilə güclü mövqedə daxil olacaq. Reuters yazır ki, Moody’s-in…