Bakı, 16 noyabr, AZƏRTACNaxçıvan dəmir yolu layihəsi Azərbaycanın iqtisadi imkanlarını genişləndirəcək strateji nəqliyyat xəttidir. Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta ilə görüşündə Naxçıvan dəmir yolu layihəsi üzrə Aİ tərəfindən aparılan qiymətləndirmənin tezliklə yekunlaşdırılacağını bildirilməsi layihənin beynəlxalq nəqliyyat və iqtisadi əməkdaşlıq baxımından əhəmiyyətini yenidən gündəmə gətirir.Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadi elmləri doktoru, professor Ağarza Rüstəmov deyib. Onun sözlərinə görə, bu qiymətləndirmə yalnız dəmir yolunun tikintisinə texniki baxış kimi qəbul edilməməlidir. “Söhbət layihənin iqtisadi səmərəliliyinin, maliyyələşmə imkanlarının, regional nəqliyyat əlaqələrinə təsirinin və Avropa ilə Asiya arasında yükdaşımaların inkişafına verə biləcəyi töhfənin araşdırılmasından gedir. Naxçıvan dəmir yolu Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru nəqliyyat əlaqəsinin yaradılması, ölkənin tranzit imkanlarının genişləndirilməsi və regional iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, 2026-cı il yanvarın 28-də Azərbaycan və Avropa İttifaqı Naxçıvan dəmir yolu layihəsinin inkişafı ilə bağlı Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirakı ilə texniki-iqtisadi əsaslandırma araşdırmasının hazırlanmasına dair razılıq əldə ediblər. Layihə Avropa İttifaqının “Global Gateway” təşəbbüsü və yeni Transregional Bağlantı Gündəliyi çərçivəsində nəzərdən keçirilir. Qiymətləndirmənin əsas məqsədi Naxçıvan dəmir yolu şəbəkəsinin müasir standartlara uyğun bərpası və modernləşdirilməsi üçün zəruri texniki, iqtisadi və maliyyə parametrlərini müəyyənləşdirməkdir. Aİ-nin Azərbaycan nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri Viktor Boykovun 2026-cı il iyunun 5-də verdiyi açıqlamaya görə, mütəxəssislər Culfa-Naxçıvan istiqamətində texniki baxış keçiriblər. Təxminən 20 kilometrlik məsafənin iş qatarı ilə aşağı sürətlə qət edilməsi də mövcud xəttin texniki problemlərini əyani şəkildə göstərib. Dəmir yolunun bərpası üçün nə qədər investisiya tələb olunduğu, tikinti və təmir işlərinin xərcləri, istifadə olunacaq texnologiyalar, avadanlıqlar və əmək resursları hesablanır və layihənin ilkin dəyərinin təxminən 1 milyard dollar səviyyəsində ola biləcəyi qeyd edilib. Burada mühüm bir məqam da var: söhbət təkcə yeni dəmir yolunun çəkilməsindən getmir. Naxçıvanda mövcud dəmir yolu şəbəkəsinin bərpası və modernləşdirilməsi də layihənin mühüm tərkib hissəsidir”, - deyə Ağarza Rüstəmov vurğulayıb.Naxçıvan dəmir yolu şəbəkəsinin əsas xəttinin uzunluğu yenidənqurma layihəsi çərçivəsində təxminən 194 kilometr təşkil edəcək. Layihədə 10 stansiyanın, 3 platformanın, 29 körpünün, 11 yerüstü keçidin və digər mühəndis qurğularının tikintisi və əsaslı təmiri nəzərdə tutulur. Modernləşdirmədən sonra bu dəmir yolu xəttinin illik yükdaşıma qabiliyyətinin 15 milyon tona çatdırılması planlaşdırılır. Bu göstərici layihənin yalnız Naxçıvanın daxili nəqliyyat ehtiyaclarına xidmət etməyəcəyini, həm də beynəlxalq yükdaşımalar üçün əhəmiyyətli infrastruktur olacağını göstərir. Horadiz–Ağbənd dəmir yolu isə Azərbaycanın əsas ərazisindən Zəngilan istiqamətinə uzanaraq gələcəkdə Naxçıvanla birbaşa dəmir yolu əlaqəsinin yaradılmasına xidmət edəcək. Bu xəttin uzunluğu 110,4 kilometrdir. Beləliklə, hər iki istiqamətin əlaqələndirilməsi Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında dəmir yolu bağlantısının formalaşmasına, Türkiyəyə və daha geniş beynəlxalq nəqliyyat şəbəkəsinə çıxış imkanlarının genişlənməsinə şərait yaradacaq.Naxçıvan dəmir yolu layihəsinin Azərbaycan iqtisadiyyatı üçün ən mühüm nəticələrindən biri ölkənin beynəlxalq tranzit imkanlarının genişlənməsi olacaq. Hazırda Avropa ilə Asiya arasında yükdaşımaların inkişafında Orta Dəhlizin rolu artır. Bu marşrut Çin və Mərkəzi Asiya ölkələrini Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirir. Naxçıvan istiqamətində dəmir yolu əlaqəsinin yaradılması bu nəqliyyat sisteminə əlavə imkanlar qazandıracaq. Azərbaycan ərazisindən keçən yük axınları üçün alternativ marşrutlar formalaşacaq, ölkənin beynəlxalq logistika şəbəkəsində iştirakı genişlənəcək.“Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, Aİ-in Naxçıvan dəmir yolu layihəsinə marağı yalnız Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə məhdudlaşmır. Bu marağın arxasında Avropanın Asiya ilə nəqliyyat əlaqələrini şaxələndirmək və yeni logistika imkanları yaratmaq strategiyası dayanır. Avropa üçün Orta Dəhliz Çin və Mərkəzi Asiya bazarlarına çıxışın alternativ istiqamətlərindən biridir. Bu dəhlizin inkişafı Avropa şirkətlərinə yeni ticarət imkanları yaradır, eyni zamanda təchizat zəncirlərinin bir marşrutdan asılılığını azaldır. Yəni bu gün Avropanın Azərbaycana ehtiyacı var və bu faktorda əməkdaşlıq əlaqələrinin artırılmasını tələb edir”, - deyə professor vurğulayıb.
Bu gün
2769 xəbər bu gün
Dünyanın 100 ən böyük korporasiyasının Azərbaycanda daimi iqtisadi iştirakı üçün hökumətin ayrıca fəaliyyət proqramının hazırlanması təklif olunur.
Hörmətli cənab Prezident, Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya …
Zati-aliləri! Möhtərəm cənab Prezident! Bir neçə gün əvvəl media nümayəndələrinin …
Hörmətli cənab Prezident! Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya …
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, Dövlətimizin qüdrətlənməsi, …
Möhtərəm cənab Prezident! Azərbaycan Respublikasının televiziya və radio işçilərinə …
Hörmətli cənab Prezident! Otuz illik televiziya və radio fəaliyyətimin “Tərəqqi” medalı …
Möhtərəm cənab Prezident! Müzəffər Ali Baş Komandan! Azərbaycan radiosunun 100 illik …
Möhtərəm cənab Prezident! Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya …
“Plastik cərraha da şəklimi göstərib deyirlər ki, onun kimi oramı belə et, buramı elə et”. Bu sözləri müğənni Mətanət Əsədova “Bir gün” verilişində deyib. Sənətçi…
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib…
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...
"Onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta ilə ödənilməsi və özəl klinikaların imkanlarından daha geniş istifadə edilməsi vacibdir". Bunu deputat Fazil Mustafa Milli Məclisin plenar...
"Azərbaycanın maliyyə əməliyyatlarının və regional ticarətinin miqyası dünyanın aparıcı banklarının ölkəmizdə fəaliyyət göstərməsinə imkan verir. Dost Qazaxıstanda xarici və birgə mülkiyyət əsasında fəaliyyət göstərən…
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlər uzun illərə söykənən dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Böyük Britaniya…
“Milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır və digər media quruluşlarıdır. Gələn il dövlət büdcəsindən bu sahəyə 68 milyon 369 min manat ayrılacaq. Mən bunu ötən illə müqayisə etmək…
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib…
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2027-ci il ərzində həyata keçiriləcək bütün növ ödənişlərin nağdsız qaydada vətəndaşlara çatdırılması üçün bank xidmətləri alacaq.
Fransız aktyor Jerar Depardye cinsi zorakılıq işi üzrə təqsirini qəbul edib. O, apellyasiya şikayətindən rəsmən imtina edərək zərərçəkənlərdən üzr istəyib.
PAŞA Holding-in təşkilatçılığı ilə keçirilən regionun ən böyük innovasiya platforması “INMerge” İnnovasiya Sammiti bu il 30 noyabr – 1 dekabr tarixlərində...
Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin...
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat…
İordaniya hakimiyyəti "Telegram" mesajlaşma tətbiqinə girişi bloklayıb. Bu barədə ölkənin İctimai Təhlükəsizlik İdarəsi məlumat yayıb. "Rəqəmsal təhlükəsizliyin və istifadəçi müdafiəsinin gücləndirilməsi, eləcə də…
Cəlilabadın 118 kəndi var, onun altmışında qaz təminatı ilə bağlı müəyyən problemlər yaşanır. Bunu deputat Elman Nəsirov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi…
Qara dənizdə Somali bayrağı altında üzən “BETUL 8” adlı yük gəmisi Bolqarıstan sahillərində batıb. Xarici mətbuata istinadən, Rumıniyadan Misirə 3 min ton buğda daşıyan gəmidə 8 Türkiyə və 4 Azərbaycan vətəndaşı olmaqla…
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Modern.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib…
Dövlət sektorunda aparılan struktur islahatları və ştat ixtisarları özəl sektorda yeni iş yerlərinin yaradılması ilə müşayiət olunmalıdır. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 2027-ci ilin…
Deputat Fazil Mustafa özəl xəstəxanaların İcbari Tibbi Sığorta sisteminə daha geniş cəlb olunmasını və bu müəssisələrdə müalicə alan pasiyentlərin xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanmasını təklif edib…
Milli Məclisin deputatı Zahid Oruc dünyanın 100 ən böyük korporasiyasının Azərbaycanda daimi iqtisadi iştirakını təmin etmək üçün hökumətə ayrıca fəaliyyət proqramı hazırlamağı təklif edib. Deputat bildirib ki…
Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata…
Bakının Yasamal rayonunda yerləşən "Qanlı göl"ün ətrafında genişmiqyaslı abadlaşdırma və yenidənqurma layihəsinin icrasına başlanılıb. İcrası "Kristal" şirkətinə həvalə olunan layihə göl ətrafında yaşıllıqların, gəzinti…
“Neftçi”nin veteran futbolçuları – Tərlan Əhmədov və Kamal Quliyev “Palms Sports” Futbol Mərkəzində qonaq olublar. Klubun baş icraçı direktoru Cenk Sümer və digər rəsmilərlə görüşən Tərlan Əhmədova 55, Kamal Quliyevə isə…
Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata…
Yol hərəkətində sürücülərin qarşılaşdığı hüquqi məsələlərdən biri də polis əməkdaşının nəqliyyat vasitəsini saxlamaq barədə qanuni tələbinə əməl etməməkdir. Bəzi sürücülər yol polisi tərəfindən saxlanılmaq istənildikdə…
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə Oxu24.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat…
Vərəsəlik hüququ ilə bağlı vətəndaşları maraqlandıran mühüm məsələlərdən biri də mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün nəzərdə tutulan müddətlə bağlıdır. İllərdir qüvvədə olan qaydalara…
Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən…
"Xəzər Xəbər"in tanınmış aparıcısı Günel Qədimova televiziya kanalı ilə əməkdaşlığını başa vurub. Aparıcı bu barədə sosial şəbəkə hesabında məlumat verərək qərarın öz təşəbbüsü ilə qəbul edildiyini açıqlayıb. Günel…
2020-2025-ci illərdə Azərbaycanda 14-17 yaşlı uşaqlar tərəfindən və ya onların iştirakı ilə 1883 cinayət törədilib. Medianews.az-ın araşdırmasına gör...
"Barselona"nın yarımmüdafiəçisi Dani Olmo UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Bakıda "Sabah"a qarşı keçiriləcək oyunda meydana çıxa bilər. Bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat yayıb…
Ağcabədi. Trend: Ağcabədi rayonunda naməlum şəxslər qəbirüstü abidələrin üzərindəki mərmər aksesuarları talayıblar. Trend-in Qarabağ bürosunun məlumatına görə, oğurluq hadisəsi rayonun Yuxarı…
AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) təşəbbüsü və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə dövlət sektorunun rəhbər şəxsləri üçün süni…
Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə…
Azərbaycanın valyuta ehtiyatları 15,4 milyard ABŞ dollarına çatıb və ölkə tarixində ən yüksək göstərici qeydə alınıb. Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin bu…
Azərbaycanda lampa istehsalı bir il ərzində 5 dəfəyə yaxın artmışdır. Banker.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda 732 787 ədəd lampa…