Bakı, 16 noyabr, AZƏRTAC Binəqədidə restoranda baş verən yanğın söndürülüb.Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.Qeyd olunub ki, Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 15:40 Binəqədi rayonu, Atatürk prospektində yerləşən restoranda başlayan yanğın məhdudlaşdırılıb.AZƏRTAC xəbər verir ki, yanğının tam söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. 15:20 Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən restoranda yanğın baş verib.AZƏRTAC xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.