Azərbaycanda lampa istehsalı 5 dəfəyə yaxın artıb

Azərbaycanda lampa istehsalı bir il ərzində 5 dəfəyə yaxın artmışdır.

Banker.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda 732 787 ədəd lampa istehsal edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 148 462 ədəd olub.

Lampa istehsalı illik müqayisədə 584 325 ədəd və ya 393,6% artıb. Beləliklə, istehsal həcmi ötən ilin eyni dövründəki səviyyənin 4,94 mislinə çatıb.