“Həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların infeksion xəstəliklərə yoluxduğu və ya belə xəstəliklərə şübhə yarandığı hallarda müayinə, diaqnostika, müalicə və dərman təminatı ilə bağlı problemlər mövcuddur”.
Bunu deputat Məlahət İbrahimqızı Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib
Onun sözlərinə görə, məsələ bir neçə qurumun səlahiyyətinə aid olduğundan həllində koordinasiyalı yanaşma tələb olunur:
"Bir tərəfdən, “İcbari tibbi sığorta haqqında” Qanuna əsasən, hərbi qulluqçular icbari tibbi sığortanın Xidmətlər Zərfində təminatın olmaması, digər tərəfdən, Nazirlər Kabinetinin vərəm və digər yoluxucu xəstəliklərlə bağlı dövlət proqramlarında əhalinin müayinəsi, diaqnostikası və müalicəsi nəzərdə tutulur. Bu iki sənəd arasında ziddiyyətlər olduğuna görə, hərbi qulluqçuların infeksion xəstəliklərin müalicəsində çətinliklərə səbəb olur”.
Deputat aidiyyəti dövlət qurumlarını problemin həlli istiqamətində ən qısa zamanda konkret addımlar atmağa çağırıb.
Günay Şahmar, Bizim.Media