Aİ Rusiyaya qarşı sanksiya siyahısına daha 145 fiziki və hüquqi şəxsi daxil edib

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini və daha 145 fiziki və hüquqi şəxsin sanksiya siyahısına daxil edilməsini təsdiqləyiblər.

Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro noyabrın 16-da Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

“145 şəxs və təşkilata qarşı sanksiyalar indicə təsdiqləndi”, – nazir qeyd edib.

Sanksiyaların əsas hədəfləri Rusiyanın maliyyə sistemi, neft ixracına yardım edən “kölgə donanması” və dezinformasiya kampaniyaları ilə əlaqəli fiziki və hüquqi şəxslərdir.

Qeyd edək ki, sanksiya siyahısına Rusiyanın onlayn ticarət platforması “Wildberries”in rəhbəri Tatyana Kim və Sankt-Peterburq neft terminalı da daxil edilib.