"Kəpəz" - "Qarabağ" oyunu üçün azarkeş rekordu qırıldı

Misli Premyer Liqasının XII turunda keçiriləcək "Kəpəz" - "Qarabağ" oyunu üçün bilet satışında rekord qeydə alınıb.

Bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

Qarşılaşma üçün bir sutka ərzində 8 400 bilet satılıb.

Bu, 15 363 tamaşaçı tutumuna malik Gəncə şəhər stadionunda yerlərin təxminən 55%-i deməkdir.

Xatırladaq ki, 22 noyabrda keçiriləcək "Kəpəz" - "Qarabağ" oyunu saat 17:00-da start götürəcək.

Cari mövsüm "Kəpəz"in ev oyunlarında ən çox azarkeş sayı sentyabrın 4-də "Şamaxı" ilə görüşdə (15000 nəfər) qeydə alınıb.