Sürücülərin nəzərinə!

Sabah yollarda gözlənilən vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinə istinadla, oktyabrın 25-də ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.

Proqnozlaşdırılan hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin pisləşəcəyi gözlənilir.

Belə ki, sabah magistral yollarda görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.