FIFA prezidenti Azərbaycana təşəkkür edib - FOTO

FIFA-nın prezidenti Canni İnfantino Bakıda keçirilən FIFA U-15 Dünya Kuboku və Festivalının açılışı münasibətilə paylaşım edib.

O, Azərbaycanın Baş nazirinin müavini Samir Şərifovla görüşməkdən məmnunluğunu ifadə edib.

"FIFA U-15 Dünya Kuboku və Festivalının Bakıda ilk dəfə keçirildiyi bu tarixi gündə Azərbaycanın Baş nazirinin müavini Samir Şərifovla görüşməkdən məmnun oldum..

Bu möhtəşəm gənclər turnirinin reallaşmasına verdikləri böyük əməkdaşlıq və dəstəyə görə Baş nazirin müavininə və Azərbaycan hökumətinə səmimi təşəkkürümü bildirdim. Bu tədbir gənc istedadların inkişafı və öz bacarıqlarını nümayiş etdirməsi üçün gözəl imkan yaradır.

Eyni zamanda, futbolun hər kəs üçün və dünyanın hər yerində olduğunu bir daha təsdiqləyir.

Bütün futbolçulara, məşqçilərə və azarkeşlərə unudulmaz təcrübə arzulayıram", – deyə Canni İnfantino bildirib.