Şimali Koreya lideri Kim Çen Inın Çinin Dandun əyalətinə səfəri zamanı onu ÇXR sədri Si Cinpinqin əsas məsləhətçilərindən biri olan Van Hunin müşayiət edib.
Bu barədə "Xinhua" agentliyi xəbər verir.
Bildirilir ki, o, Kim Çen Ina Si Cinpinqin səmimi salamlarını və ən xoş arzularını çatdırıb.
"Şimali Koreya lideri Dandundakı avtomobil zavodunu ziyarət edərək onun istehsalı ilə tanış olub, - TASS xəbər verib.
Bu arada, "Yonhap" agentliyinin məlumatına görə, Kim Çen Inın səfəri bu gün başa çatacaq.