Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib.
Dövlət Statistika Komitəsinə istinadən, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur.
Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da bir il öncəki göstəriciyə nisbətən 15,2 % azdır.
Hesabat dövründə Azərbaycanda 3 milyard 963,6 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 6,4 % çoxdur.