44 günlük Vətən müharibəsindən sonra Ermənistanın sürətli silahlanma siyasəti yürütdüyü, bu siyasəti 2025-ci ilin 8 avqust tarixində sülh mətninin paraflanmasından sonra da davam etdirdiyi hər kəsə məlumdur. Bugünlərdə Ermənistanın Çexiyadan L-39 "Skyfox" qırıcıları alması faktı rəsmi İrəvanın silahlanma tempini aşağı salmaq niyyətində olmadığını göstərir.
Ermənistanın mütəmadi şəkildə silahlanması bu ölkənin militarizasiya siyasəti yürütdüynü təsdiqləyir ki, bu da özlüyündə Cənubi Qafqazda hərbi-siyasi vəziyyəti mürəkkəbləşdirir, psixoloji gərginliyi artırır. İrəvanın sülhün bir addımlığında belə az qala dövlət büdcəsinin tamamını silahlanmaya sərf etməsi Ermənistanın sülhlə bağlı bəyanatlarının səmimiliyini şübhə altına alır. Baş verənlər Ermənistanın sülhdən daha çox revanşa hazırlaşdığı ehtimalını aktuallaşdırır ki, bütün digər sübutlar da bu ehtimalı təsdiqləyir.
Hər şeydən öncə qeyd edək ki, Ermənistanın müdafiə adı altında silahlanması həqiqəti təhrif etmək, beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey deyil. Çünki ortada Ermənistanı müdafiə olunmağa sövq edən hər hansı təhdid və ya təhlükə yoxdur. Əksinə, Ermənistan özü hər zaman ətraf ölkələr üçün ciddi təhdid mənbəyi olub, bu ölkələrdə terror aktları, soyqırım və digər cinayətlər həyata keçirirb. Belə ola halda Ermənistanın öz silahlandırma siaysətini “müdafiə tədbiri” adı altında pərdələməsi absurddur və bəd niyyətlərdən xəbər verir.
İkincisi, Ermənistan silahlanma siyasətini ağır sosial-iqtisadi vəziyyətinə rəğmən davam etdirir ki, bu da onun hərbiləşməyə necə böyük önəm verdiyini, bunu özünün bir nömrəli vəzifəsi hesab etdiyini göstərir. Bu isə o deməkdir ki, Ermənistanın silahlanma siyasəti konkret məqsədə xidmət edir və bu məqsədin xeyrə xidmət etmədiyi şübhəsizdir.
Üçüncüsü, rəsmi İrəvanın silahlanma siyasəti aclıqla ölüm-dirim savaşı aparan Ermənistan cəmiyyəti tərəfindən də təqdir olunur ki, bu da erməni toplumunda revanşizm əhval-ruhiyyəsinin yüksək olduğuna dəlaələt edir. Bu reallıq Ermənistanın silahlanmasını region üçün daha təhlükəli, daha qorxunc edir. Çünki mövcud situasiyanın təhlili göstərir ki, İrəvanın hərbi mstəvidə atacağı addımlar cəmiyyət tərəfindən də dəstəklənəcək, ən azından ciddi bir etiraza səbəb olmayacaq.
Ermənistanın silahlanması region dövlətləri, xüsusilə də Azərbaycan üçün əsl həyəcan siqnalı deməkdir. Baş verənlər onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin 15 oktyabr 2026-cı il tarixində Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə səsləndirdiyi “sülh hələ də kövrəkdir” fikri mövcud vəziyyəti tam şəkildə və çox böyük dəqiqliklə əks etdirir.
Bəli, sülh hələ də kövrəkdir və Ermənistan sürətlə silahlanma siyasətindən imtina etməyəcəyi təqdirdə məlum situasiya bu cür də qalacaq.