“Marka”nın sorğusunda 1-ci yeri tutdu

Harri Keyn karyerasında növbəti mükafata layiq bilinib.

“Bavariya”nın hücumçusu İspaniyanın “Marca” nəşrinin versiyasına görə ötən mövsümün ən yaxşı futbolçusu seçilib.

33 yaşlı futbolçu 226 nəfərdən ibarət beynəlxalq münsiflər heyətinin səsverməsində birinci yeri tutub. Münsiflər arasında “Marca”nın və digər dünya mediasının jurnalistləri də olub. Harri 2025/26 mövsümündə “Bavariya” və İngiltərə yığmasının heyətində keçirdiyi 65 matçda 73 qol vurub.

2-ci yeri “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal tutub. O, ötən mövsümün qalibi olmuşdu. 3-cü yerə isə “Real”ın hücumçusu Kilian Mbappe layiq bilinib.