Qubada kişi arvadını döyüb.
Hadisə Birinci Nügədi kəndində baş verib.
46 yaşlı Oruc Səfərov (şərti adla) zənglərinə cavab verməyən arvadı ilə mübahisə edib. Mübahisə zamanı o, əsəbiləşərək, qadını dolaba çırpıb, sonra yumruq zərbələri ilə arvadını döyüb.
Faktla bağlı Oruc Səfərov barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində arvadı ilə barışdığını, zərərçəkən qadın da həmçinin ərinə qarşı şikayət və tələbinin olmadığını deyib. Hər ikisi məhkəmədən cinayət işinə xitam verilməsini istəyib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və O. Səfərov məsuliyyətdən azad olunub.//lent.az