Fransanın Lion şəhərində polis oktyabrın 24-də, şənbə günü Lion 3 Universitetinin qarşısında toplaşan təxminən 150 etirazçını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Xarici mediaya istinadla, aksiya etirazların qadağan olunduğu ərazidə keçirilib.
Fransada bir neçə şəhərdə toqquşmalar, yanğınlar və talanlarla müşayiət olunan ötən həftəsonu hadisələrindən sonra gərginlik davam edir.
Hakimiyyət orqanları ötən həftəsonu oxşar etirazlardan sonra baş verən dağıntıların yenidən yaşanmaması üçün təhlükəsizlik tədbirlərini gücləndirib. Xüsusilə kütləvi toplaşmaların qadağan edildiyi ərazilərdə nəzarət artırılıb.