Qusarda qadın şüşə qabı ərinin başında sındırdı, qolunu kəsdi

Qusarda arvad ərinin qolunu kəsib.

Hadisə Qusar şəhəri ərazisində baş verib.

45 yaşlı Samirə İslamova (şərti adla) ilə həyat yoldaşı Qalib (şərti ad) arasında mübahisə yaranıb. Mübahisə zamanı qadın boş şüşə qabı götürərək, ərinin başına çırpıb. Nəticədə qab sınıb. Daha sonra Samirə sınmış qabın bir parçası ilə Qalibin qolunu kəsərək, xəsarət yetirib.

Fakt əsasında S. İslamova barəsində cinayət işi açılıb.

Təqsirləndirilən və zərərçəkən şəxs barışdıqlarını bildiriblər. Zərərçəkən Qalib arvadına qarşı şikayətçi olmadığını deyib. Cütlük məhkəmədən cinayət işinə xitam verilməsini istəyib.

Məhkəmə qərarı ilə cinayət işinə xitam verilib və Samirə İslamova məsuliyyətdən azad olunub.