Kubada 2,7 milyondan çox insan susuz qalıb

Kubada dərinləşən enerji böhranı və infrastruktur problemləri su təchizatında ciddi fasilələrə səbəb olub.

Xarici mediaya istinadən, ölkə üzrə 2,7 milyondan çox insan su çatışmazlığı ilə üzləşib, paytaxt Havana şəhərində isə boru xəttində baş verən partlayış nəticəsində təxminən 200 min nəfərin suya çıxışı kəsilib.

Milli mətbuatda yayılan məlumata görə, Kuba Milli Su Ehtiyatları İnstitutunun (INRH) açıqlamasında ölkə üzrə elektrik enerjisinin kəsilməsi və su nasos stansiyalarında yaranan texniki nasazlıqlar səbəbindən suyun paylanmasında ciddi problemlərin yaşandığı bildirilib.

Qeyd olunub ki, elektrik kəsintiləri, infrastruktur problemləri və texniki nasazlıqlar 2,7 milyondan çox insanın su təchizatına təsir göstərib.