Sofiyada federasiya prezidenti öldürüldü: 2 türk saxlanıldı

Sofiyada Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti, yerli Taekvondo Federasiyasının prezidenti Slavi Binev öldürülüb.

Bu barədə "Nova" telekanalı məlumat yayıb.

Bildirilib ki, o, başından güllələnib.

Qətl barədə məlumat alındıqdan təxminən 1 saat sonra yerli polis "Trayanın qapıları" tuneli rayonunda 3 nəfəri – bir Bolqarıstan vətəndaşını, iki Türkiyə vətəndaşını saxlayıb.

Cinayətin motivinin nizama salınmamış maliyyə münasibətləri olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.