Dilarə Əliyevaya yeni vəzifə verildi

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib.

Olay.az-a istinadla, tanınmış aktrisa və aparıcı ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub.

Bir neçə gündür işinin icrasına başlayan Dilarə yaxın aylarda yenidən ekranlara qayıdacaq.