İspaniya La Liqasında azarkeşlərlə bağlı ümumi razılaşma ilə bağlı yeni məlumat yayılıb.
Liqada çıxış edən 20 klubdan daha üçün mövcud anlaşmanı dəstəkləyib.
Beləliklə, artıq 17 klub səfər matçlarına yollanan azarkeşlər üçün biletlərin qiymətini maksimum 30 avro ilə məhdudlaşdırmaq barədə razılaşmaya qoşulub. 2023/24 mövsümündən qüvvədə olan razılaşmaya əsasən, səfərə çıxan azarkeşlər üçün ən azı 300 bilet ayrılmalıdı. La Liqanın məlumatına görə, təşəbbüs səfər biletlərinin satışını hər oyuna orta hesabla 33 faiz artırıb.
Maraq üçün qeyd edək ki, İngiltərə premyer-liqasında səfər biletlərinin qiyməti maksimum 30 funt sterlinqdi. UEFA isə Çempionlar Liqasında qonaq azarkeşlər üçün biletlərin qiymətini 50 avro ilə məhdudlaşdırıb.