Onların maaşına 50 faizədək əlavə veriləcək

Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər.

Bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərinə və ali tibb təhsili müəssisələrinin klinik kafedralarında fəaliyyət göstərən professorlara qədər müxtəlif kateqoriyaları əhatə edir.

Qaydalara əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün nəzərdə tutulan hospitalların, pansionatların və bərpa müəssisələrinin tibb və əczaçılıq işçilərinə vəzifə maaşının 15 faizi, həmin müəssisələrin digər işçilərinə isə 10 faizi həcmində əlavə haqq ödənilir.

Magistral boru kəmərlərinin və yeni dəmir yollarının çəkilməsi, neft və qazın nəqli, eləcə də dəniz obyektlərinin qurulması və istismarı ilə məşğul olan işçilərə xidmət göstərən tibb və əczaçılıq işçiləri də vəzifə maaşlarının 15 faizi qədər əlavə alırlar.(trend)