77 nömrəli marşrut avtobusunun sürücüsü ilə sərnişinlər arasında dava baş verib.
“baku.ws”ə istinadla, bu barədə sərnişinlər 22 oktyabrda “İçərişəhər” metrostansiyasından Axundov bağı istiqamətindəki dayanacaqda avtobusu saat 13:53-dən 14:26-dək gözləyiblər.
Daha sonra bir neçə avtobus ard-arda gəlib. Bu zaman avtobuslardan birinin sürücüsü ilə sərnişinlər arasında mübahisə yaranıb.
Şikayətçi iddia edir ki, sürücü onlarla kobud rəftar edib.
Bundan başqa, sərnişin iddia edir ki, saat 18:31-də isə İnşaatçılar ərazisində sürücünün qəfil əyləcləməsi nəticəsində iki kişi yıxılıb, özü və digər sərnişinlər xəsarət alıblar.